Karateçi Vüsal Seyidov bu dəfə qaçış yarışının baş mükafatçısı oldu

Bakı şəhərində səhiyyə işçiləri və tibb təhsili alan tələbələr arasında “Sağlamlığa Doğru Qaç!” adlı qaçış yarışı təşkil edilib.

Naxçıvandan olan karateçi – Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsi Vüsal Seyidov finişə birinci çataraq qızıl medala və pul mükafatına layiq görülüb.

17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan “Sağlamlığa doğru qaç!” layihəsi tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.